SommuniGate Systems hazırkı və potensial istifadəçilərin CommuniGate Pro universal kommunikasiya serverinin yeni imkanları ilə tanışlığı üçün Bakıda seminar keçirəcək. Trend agentliyinin şirkətə istinadən yaydığı məlumata əsasən, seminar sentyabrın 14-nə planlaşdırılır.
Rusiya regionları və yaxın xaric ölkələrində Softline-nın təşkilati dəstiyilə seminarlar keçirilir.
Seminar iştirakçıları CommuniGate Pro serverinin istifadəçiləri qane edən geniş imkanları ilə tanış ediləcək. CommuniGate Pro serverinin bazasında SIP protokoluna əsasən IP-telefoniya xidmətləri və s. göstərilir.
CommuniGate Pro kiçik ofisdən tutmuş internet provayder və mobil operatorlara qədər hər yerdə tətbiq oluna bilər. Seminarlarda müasir korporativ istifadəçi üçün internet-kommunikasiya imkanlarını genişləndirən CommuniGate Pro v5.1 serverin yeni versiyası təqdim olunacaq. Xüsusilə, burada ani ismarıcların mübadiləsi üçün populyar XMPP protokolunun dəstəklənməsi, spamla mübarizə mexanizmələrinin yaxşılaşdırılması və s nəzərdə tutulub.
CommuniGate Pro-nun Rusiyavə MDB ölkələrində distribütoru "Embi"dir.