...

Azərbaycanda kimya-sənaye parkının ərazisini təmizləyəcək şirkət müəyyən edilib

Tender müsabiqələri Materials 2 Noyabr 2012 11:49 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin avqustda elan etdiyi Sumqayıt şəhərində ona məxsus 167,66 hektar topraq sahəsindəki yararsız bina və qurğuların söküntüsü üzrə işlərlə bağlı tenderin qalibi məlum olub.
Azərbaycanda kimya-sənaye parkının ərazisini təmizləyəcək şirkət müəyyən edilib

Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir C.Nəsibova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin avqustda elan etdiyi Sumqayıt şəhərində ona məxsus 167,66 hektar topraq sahəsindəki yararsız bina və qurğuların söküntüsü üzrə işlərlə bağlı tenderin qalibi məlum olub. Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.

Cari ilin oktyabr ayının 30-da Tender Komissiyasının qərarı ilə tenderin qalibi "Elegant Co" MMC şirləti elan edilib. Oktyabrın 31-də şirkətlə müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti