...

Bakıda "Food and Drinks Fest" keçirilib (FOTO)

Turizm Materials 30 Oktyabr 2018 22:51 (UTC +04:00)
Bakının mərkəzində oktyabrın 24-dən 29-dək şəhərin ən parlaq və dadlı festivallarından biri olan "Food and Drinks Fest" keçirilib.
Bakıda "Food and Drinks Fest" keçirilib (FOTO)

Bakı. Trend:

Bakının mərkəzində oktyabrın 24-dən 29-dək şəhərin ən parlaq və dadlı festivallarından biri olan "Food and Drinks Fest" keçirilib.

Trend-in məlumatına görə, festival "Meal For Real" komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

Festival bu dəfə Fəvvarələr meydanında keçirilib. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etmək idi. Festival qonaqlarını daha zəngin mədəni proqram - populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələr - gözləyirdi. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif etdilər.

Xatırladaq ki, bu, sayca IV Küçə yeməyi festivalıdır. 2017-2018-ci illərdə "Baku Street Food Festival", "Baku Sweet November" və "Baku Summer Food Fest" festivalları keçirilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti