...

Rusiyada 1656 hərbçi koronavirusa yoluxub

Turizm Materials 10 May 2020 04:22 (UTC +04:00)
Rusiyada 1656 hərbçi koronavirusa yoluxub

Bakı. Trend:

Rusiyada yeni növ koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxan hərbçilərdən 418-i Müdafiə Nazirliyinin hospitallarında, 19 hərbçi mülki xəstəxanalarda müalicə alır, 568 hərbçi izolyasiyaya yerləşdirilib, 651 hərbçi isə ev karantinində qalır.

Bildirilir ki, koronavirusa yoluxan hərbçilərdən 3 nəfərinin vəziyyəti ağır, 14 nəfərinin vəziyyəti isə orta-ağırdır.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 198 676 nəfər, koronavirusdan ölənlərin sayı isə 1 827 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti