...

"Blue Origin" turistlərlə növbəti suborbital uçuş tarixini açıqlayıb

Turizm Materials 28 Sentyabr 2021 03:42 (UTC +04:00)
"Blue Origin" turistlərlə növbəti suborbital uçuş tarixini açıqlayıb

Bakı. Trend:

ABŞ-ın özəl aerokosmik şirkəti "Blue Origin" dörd turistlə növbəti suborbital uçuş tarixini açıqlayıb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Uçuş oktyabrın 12-nə planlaşdırılıb.

"Gəmidə NASA-nın keçmiş mühəndisi və "Planet Labs" şirkətinin həmtəsisçisi Kris Boşuayzen və "Dassault Systemes" şirkətində sağlamlıq şöbəsinin sədr müavini və "Medidata"nın qurucularından biri Qlen de Vri də daxil dörd astronavt olacaq. Digər iki astronavtın adları daha sonra açıqlanacaq".

Xatırladaq ki, daha əvvəl kosmik turistlərlə uçuş 20 iyulda şirkətin sahibi Cef Bezosun iştirakı ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti