...

Azərbaycanda hotellərin sayını artırmaq planlaşdırılır

Turizm Materials 18 Fevral 2022 13:35 (UTC +04:00)
Azərbaycanda hotellərin sayını artırmaq planlaşdırılır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda dövlət dəstəyi ilə hotellərin sayını artırmaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayndəsi Göydəniz Qəhrəmanov "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, ölkədə hotellərin sayının artması rəqabətin yüksəlməsinə və hotellərdə qiymətlərin azalmasına xidmət edəcək.

"Eyni zamanda qeyd etmək istərdim ki, azad edilmiş ərazilərdə hotel biznesinin inkişafı və hotel şəbəkəsinin genişləndirilməsi sahəsində böyük potensial var", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti