...

Meksika ilə Azərbaycan arasında turizm imkanları müzakirə edilib (FOTO)

Turizm Materials 13 Aprel 2022 04:27 (UTC +04:00)
Meksika ilə Azərbaycan arasında turizm imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov bu ölkənin Turizm naziri Migel Torruko Markes ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Meksika ilə Azərbaycan arasında turizmin inkişafı perspektivləri, turist axınlarının qarşılıqlı artımı və bu sektorda təcrübə mübadiləsinin səmərəliliyindən söhbət açılıb, hava əlaqəsi və Azərbaycan vətəndaşları üçün Meksika elektron vizasının tətbiqi imkanları kimi əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin, pandemiyadan sonrakı dövrdə turizm sektorunun yenidən canlanması üçün səylərin davam etdirilməsi, iqtisadiyyatın bu vacib sahəsinin bərpası istiqamətində hər iki ölkənin turizm sahəsi nümayəndələri arasında əlaqələrin təşviq olunmasının zəruriliyi vurğulanıb.

Görüşün sonunda nazir M.Torruko səfir M.Talıbovu Mexiko Ştatına özəl əl işlərinə həsr olunmuş “Punto México” sərgisi ilə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti