Bakı. Trend:
Karantin rejiminin yumşaldılması turizmə müsbət təsir göstərəcək.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, qarşıdakı turizm mövsümü ilə əlaqədar yeni layihələr üzərində işləyirlər.
"Qarşıdan yay fəsli gəlir. Bu baxımdan qurum olaraq daha çox turistləri cəlb etmək üçün yeni turizm növlərinin tətbiqi ilə bağlı layihələrimiz var. Buna misal olaraq çadır turizminin tətbiqini planlaşdırırıq.Yay fəslində çimərlik, sağlamlıq, mədəni-tarixi turizm, kənd -yaşıl turizminə maraq böyük olacaq. Bunların içərisində kənd turizmi daha çox turisti özünə cəlb edəcək. Bunun əsas səbəbi iki ildir ki, pandemiyanın davam etməsidir. Artıq insanlar qapalı yerlərdən sıxılıblar. Buna görə də yerli və xarici turistlər ölkəmizdə təmiz havada istirahətə üstünlük veəcəklər. Hazırda kənd-yaşıl turizmi ölkəmizdə inkişaf etməkdədir",- deyə Ə.Qurbanov bildirib.