...

Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danışıqlar aparır

Turizm Materials 26 Aprel 2023 09:55 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danışıqlar aparır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danışıqlar aparırlar.

Bu barədə Trend-ə özəl müsahibəsində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov deyib.

"Bolqarıstanın Turizm Nazirliyi turizm əlaqələrinin möhkəmləndirilməsi üçün 2023-2025-ci illər üzrə birgə tədbirlər planı hazırlamaq məqsədilə 2023-cü ildə Bolqarıstan-Azərbaycan işçi qrupunun görüşünü keçirməyi təklif edib. 2022-ci ildə Bolqarıstana Azərbaycandan 5040 nəfər turist səfər edib ki, bu da 2021-ci illə mqayisədə 114 faiz artım deməkdir. Müqayisə üçün deyim ki, 2019-cu ildə COVID-19 pandemiyasına qədər Azərbaycandan Bolqarıstana səfər etmiş turistlərin sayı 4158, 2020-ci ildə pandemiya ərzində 1682 nəfər olub, 2021-ci ildə isə Bolqarıstana 2350 nəfər azərbaycanlı turist səfər edib. Burada xatırlatmaq istərdim ki, 2018 və 2019-cu illərdə "Buta Airways" Bakı və Sofiya şəhərləri arasında birbaşa reyslər həyata keçirirdi. Birbaşa reyslərin həyata keçirildiyi aylar ərzində sərnişinlərin sayında artım müşahidə olunub. Hazırda birbaşa reys yoxdur, lakin tərəflər onun açılması haqqında fəal danışıqlar aparırlar. Hər iki ölkənin tur operatorları arasında tərəfdaş əlaqələrinin inkişafı və irəliləməsi, köməkçi və əyləncə xidmətlərinin inkişafı, turist qruplarının mübadiləsi, şirkətlərin hər iki ölkə tərəfindən təşkil olunan turizm sərgilərində iştirakı və turizm marşrutlarının inkişafı üçün imkanlar axtarılır. Bununla əlaqədar olaraq elə bir neçə gün öncə Bolqarıstan Azərbayanda təşkil olunan ən böyük beynəlxalq turizm sərgisi olan və Qafqaz regionunda aparıcı beynəlxalq sərgi statusu almış 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2023") sərgisində təmsil olunub. Azərbaycan tərəfi həmçinin Bolqarıstan şirkətlərinin ölkədə turizm infrastrukturunun tikintisində iştirak imkanlarına maraq göstərib", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti