...

Azərbaycanda bir neçə beynəlxalq hotel brendi fəaliyyətə başlayacaq

Turizm Materials 11 Yanvar 2024 11:32 (UTC +04:00)
Azərbaycanda bir neçə beynəlxalq hotel brendi fəaliyyətə başlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda bir neçə beynəlxalq hotel brendinin fəaliyyətə başlayacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) idarə heyətinin sədri Eldar Əlimuradov Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda deyib.

"Doğma Qarabağımızda turizmin inkişafı üzrə tədbirlərin görüldüyünə şadıq. İnanırıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq hotel şəbəkələrini görəcəyik. İnanırıq ki, 2024-cü ildən başlayaraq Azərbaycanda qonaqpərvərlik və hotel biznesi sahəsində yeni era başlayacaq", - deyə o əlavə edib.

Bundan başqa, E.Əlimuradov üçillik vergi güzəştinin Azərbaycanın bölgələrində turizm sektorunun inkişafı üçün yaxşı stimul olacağını qeyd edib.

Xatırladaq ki, bu ildən Azərbaycanın bölgələrində hotel və sanatoriyalar üçün əmlak vergisi 75 faiz azaldılıb.

Qeyd edək ki, AHA qonaqpərvərlik sənayesində keyfiyyətin yüksəldilməsini və ədalətli rəqabəti təmin etmək üçün ən yaxşı beynəlxalq və yerli təcrübələri hotellərlə bölüşərək beynəlxalq standartların tətbiqini təşviq edir. AHA – qlobal hotel zəncirlərindən kiçik müstəqil hotellərə qədər sənayeni bir araya gətirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti