Tehran və Ankara arasında Suriya inqilabı

Tehran və Ankara arasında Suriya inqilabı

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Suriyada Bəşər Əsəd hakimiyyəti ilə rejim əleyhdarları arasında baş verən qanlı toqquşmalar mahiyyət etibarilə inqilabın baş tutduğu digər ərəb ölkələrindən fərqlənmir.

Bir çox siyasi analitiklər Suriyada qiyamın başlaması ilə hakimiyyətin süquta uğrayacağını hesab etsələr də, hadisələrin uzanması Əsəd rejiminin ehtimal edildiyi qədər zəif olmadığını ortaya qoydu.

Səngimək bilməyən iğtişaşların qarşısını almaq üçün Prezident Bəşşar Əsəd ölkədə 1963-cü ildən davam edən fövqəladə vəziyyəti ləğv edərək, xalqa islahatların aparılacağını vəd etdi, aprelin 29-da isə hökümət istefaya göndərildi.

Ehtimallara görə, fövqəladə vəziyyətin ləğvi və hökümətin istefası ilə ölkədə sabitlik bərqərar olmalı idi. Lakin xalq hakimiyyətin bu "güzəşti" və gecikən islahatı ilə razılaşmadı və Bəşər Əsədin istefası tələb olundu.

Xalqla hakimiyyət arasında davam edən qarşıdurma ölkənin bir sıra böyük şəhərlərinə sıçradı.

Mərkəzi Londonda yerləşən Ərəb Şərq Strateji Araşdırmalar Mərkəzi (The Arab Orient Center for Strategic and civilization studies) baş verən hadisələrdə ölənlərin sayının 827 nəfər olduğu barədə açıqlama yaysa da rəsmi mənbələrdə ölənlərin sayı yüzü hərbçi olmaqla, 170 nəfər göstərilir.

Hadisələrin dramatik gedişatı və dinc əhali arasında ölənlərinin sayının getdikcə artması beynəlxalq təşkilatların Suriya əleyhinə tədbirlər həyata keçirməsi ilə nəticələndi.

Mayın 10-da Avropa İttifaqı Suriyaya qarşı ökəyə silah və hərbi texnikanın gətirilməsini, eyni zamanda iğtişaşlar zamanı dinc əhalinin qətlinə görə məsuliyyət daşıyan 13 vəzifəli şəxsin Aİ məkanına daxil olmasını qadağan edən sanksiya paketi qəbul etdi.

Digər tərəfdən, nədənsə Tunis, Misir və Liviya hadisələrində bu ölkələrin liderlərinə qarşı bəyanatlarla çıxış edən Ankara və Tehran öz fərqliliyi ilə seçilən Suriyada baş verən hadisələrə qarşı bir o qədər aktivlik nümayiş etdirmədilər.

Ən maraqlısı isə Tehranın Suriyada baş verən hadisələrə münasibəti oldu. Belə ki, İran siyasi müttəfiqinin ərazisində baş verənləri fitnə və düşmən dövlətlərin planı adlandırdı.

Əslində Suriyada hakimiyyətin dəyişməsi nə Tehranın, nə də Ankaranın maraqlarına uyğundur.

Ankara regionun demokratikləşməsində nə qədər maraqlı olsa da, Suriyada Bəşər Əsəd hakimiyyətinə ciddi alternativin olmaması Türkiyəni bu məsələdə daha ehtiyatlı davranmağa məcbur edir.

Bir çox siyasi analitiklər hesab edirlər ki, Suriyadakı çaxnaşmaların arxasında islamçı "Müsəlman qardaşlar" təşkilatı durur və Bəşər Əsədin getməsi ilə hakimiyyətə onlar gələcəklər. Lakin hadisələri diqqətlə izlədikdə "Müsəlman qardaşlar"ın Misirdən fərqli olaraq, Suriyada elə də ciddi siyasi gücə sahib olmadığını görmək olar.

Çünki 1982-ci ilin fevralında Suriyanın Həma şəhərində "Müsəlman qardaşlar"ın etirazlarına Hafiz Əsəd hökuməti vaxtında cavab verdi və bir neçə gün davam edən toqquşmalar zamanı Həmada 20 min islamçı qətlə yetirildi. Bununla da Suriyada "Müsəlman qardaşlar" öz siyasi gücünü itirdi.

Əsəd hakimiyyəti "Müsəlman qardaşlar"la əvəz olunsa belə, bu, Türkiyənin liberal islamçı hakimiyyətinin maraqlarına xidmət etməyəcək.

Çünki Suriya kimi etnik və dini tərkibi zəngin olan ölkədə zəif hökumətin mövcudluğu Türkiyə üçün təhlükə mənbəyidir.

Ankaranın ehtiyat etdiyi digər məqamlardan biri isə Suriyadakı kürd faktorudur.

Ankara üçün real təhlükələrdən biri Suriyada vəziyyətin nəzarətdən çıxması ilə PKK terror təşkilatının aktivləşərək qaçqın kimi Türkiyə ərazisinə mümkün keçididir.

Təbii ki, bütün bunları nəzərə alaraq, Ankara Suriya məsələsində sərt bəyanatlar verməkdən çəkinir. Lakin hadisələrin gedişatından asılı olaraq, gec-tez Türkiyə qonşu Suriyada baş verənlərlə əlaqədər Dəməşqə qarşı siyasətini yeniləmək məcburiyyətində qalacaq.

Tehranın Əsəd hakimiyyətini dəstəkləməsinə gəlincə isə, bunun Suriya kimi blokpostun itirilməsindən ehtiyatlanıldığı üçün edildiyini söyləmək olar.

Əslində Tehran çox gözəl bilir ki, Suriya qiyamı sadəcə, xalqın iradəsi deyil, eyni zamanda Fars körfəzinin digər dövlətləri tərəfindən planlı şəkildə dəstəklənilir. Çünki Suriya ərəb ölkəsi olsa da, siyasi elitası şiə müsəlmanlara daha yaxın olan ələvilərdən ibarətdir və digər ölkələrdən fərqli olaraq, İranla daha sıx əlaqələrə malikdir.

Ərəb ölkələrinin hədəfi isə nəyin bahasına olursa olsun, regionda sünni ərəb dünyasının kabusuna çevrilmiş İranın təsirini azaltmaqdır.

Baş verənlər onu söyləməyə əsas verir ki, ərəb inqilablarına nə qədər xalq inqilabları deyilsə də, region dövlətləri heç də həmişə xalqın iradəsini deyil, bir çox hallarda öz siyasi maraqlarını üstün tuturlar.

"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
“Azərbaycan Sənaye Korporasiyası”, onun törəmə müəssisəsi olan “Azəralüminium” və Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb
“Azərbaycan Sənaye Korporasiyası”, onun törəmə müəssisəsi olan “Azəralüminium” və Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb
Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir - Ekspert
Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir - Ekspert
Loading Bars
Xəbər lenti
Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH
Pakistan səfiri: Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycana və ordumuza dəstək nümayiş etdirirlər (FOTO)
Düşmənin əks-hücum cəhdi dəf edilib, erməni əsgərlərin meyitləri döyüş meydanında qalıb
Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin təhsil statistikası açıqlanıb
Prezident İlham Əliyev: Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq
Hadrut istiqamətində düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib - Nazirlik
XİN və Baş Prokurorluq birgə bəyanat yayıb (FOTO)
Azərbaycan Ermənistanın irimiqyaslı hərbi təxribatını uğurlu əks-hücum müharibəsinə çevirə bildi - Ekspert
Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib
Vaqif Dərgahlı: Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir
Ağdərə istiqamətində düşmənin tankı məhv edilib - MN
Rusiya KİV: Ermənilər kütləvi şəkildə Xankəndidən qaçır
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib
Ermənistanda son sutkada 327 nəfər koronavirusa yoluxub
Düşmənin İTV-nin avtomobilinə hücum etdiyi görüntülər (VİDEO) (ƏLAVƏ OLUNUB)
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Ermənistan ordusunun daha bir zabiti məhv edilib - RƏSMİ
Azərbaycan şagirdləri Beynəlxalq Riyaziyyat Olimpiadasında medala və həvəsləndirici sertifikata layiq görülüblər
Ermənilərin hərbi obyektləri darmadağın edilib (YENİLƏNİB)
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
“Azərbaycan Sənaye Korporasiyası”, onun törəmə müəssisəsi olan “Azəralüminium” və Almaniya şirkəti arasında Azərbaycanda alüminium istehsalı ilə bağlı ilkin müqavilə imzalanıb
Goranboyun icra başçısının müavini: Kəndlərdən bir adam belə çıxmayıb
Vaqif Dərgahlı: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir
Ekmeleddin İhsanoğlu: Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir
Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır
Təhsil Nazirliyi: Ermənistanın təxribatları cəbhə bölgəsində tədris prosesinə də öz təsirini göstərib
Karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edildi
Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
Vaqif Dərgahlı: Ermənistan ordusunun polkovniki məhv edilib
Ermənistan ordusunun alayı darmadağın edilib - MN
Qırğızıstanın sabiq baş naziri: Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur
Pərvin Kərimzadə: Azərbaycan Ordusunun uğurlu əməliyyatları qələbə müjdəsindən xəbər verir
Deputat: Sentyabrın 27-i hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır
Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir - Ekspert
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb (FOTO)
Rezidenturaya qəbul olanların qeydiyyatına oktyabrın 1-dən başlanılacaq
Düşmənin 2 tankı eyni anda məhv edildi (VİDEO)
Ermənilər Şuşadakı Yuxarı Gövhər ağa məscidinin interyerini dəyişdirərək tariximizi saxtalaşdırmağa çalışırlar
Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO) (YENİLƏNİB)
İsraildə koronavirusa yoluxanların sayı 233 min nəfəri ötüb
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq
Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Deputat
Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN
Sentyabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb
Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır
Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
Baş Prokurorluq: Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)
Tayvanın cənubunda 5 bal gücündə zəlzələ olub
Böyük Britaniyada koronavirusa daha 4 044 nəfər yoluxub
Türkiyədə təhlükəli terrorçu məhv edilib
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon nəfəri ötüb
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycan xalqının yanındayıq
Kanada və Britaniya XİN rəhbərləri Dağlıq Qarabağda dərhal atəşkəsə çağırdılar
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
Moskvada iyulun 15-dən ilk dəfə koronavirusdan bir gündə 20-dən artıq ölüm qeydə alınıb
Mingəçevirdə əl qumbarası aşkarlanıb (FOTO)
Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib
TÜRKPA Baş katibi Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınayır
MN: Azərbaycana məxsus hərbi təyyarənin vurulması yalandır
Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Türkiyədə koronavirusdan sağalanların sayı 277 min nəfəri ötüb
Milli Məclisin sədri Ravza Kavakçı ilə Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib
Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib
Ermənistan kişilərin ölkədən çıxmasını məhdudlaşdırdı
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
Ombudsmanın Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması ilə bağlı növbəti etiraz bəyanatı
Sahibə Qafarovanın ATƏT PA Prezidenti ilə telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub (YENİLƏNİB)
Sahibə Qafarova ilə Pakistan Senatının sədri arasında telefon danışığı olub
Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir
Düşmən işğalından azad olunan Talış yüksəkliklərindən ilk görüntülər (VİDEO)
Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik
BMT TŞ Dağlıq Qarabağ üzrə təcili qapalı iclas keçirəcək
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır
Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq
Milli Məclis Sədrinin müavini: Zəfər bizimdir!
DİN: Hərbçilərimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir (FOTO)
Baş Prokurorluq: Tərtərdə iki qardaş həlak olub, 2 nəfər isə yaralanıb
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir (FOTO)
Ceyhun Bayramov Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
İƏT Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat və hücumlarını kəskin şəkildə qınayır
Rauf Əliyev: Azərbaycan haqq yolundadır
Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıblar
Vaqif Dərgahlı: Düşmən Goranboy rayonu ərazisini atəşə tutub
Türkiyə parlamentində təmsil olunan partiyalar Azərbaycana dəstək bəyanatı veriblər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan xalqına müraciət edib
Bütün xəbərlər