...

Avropa Yayım Şurasının rəsmisi Bakıda "Eurovision-2012" müsabiqəsinin keçirilməsini müzakirə edəcək

Eurovision-2012 Materials 8 Avqust 2011 17:09 (UTC +04:00)
Avropa Yayım Şurasının rəsmisi Sietse Bakker sabah Azərbaycana səfərə gələcək. Bu barədə bazar ertəsi Trend-ə İTV-nin direktoru İsmayıl Ömərov bildirib.
Avropa Yayım Şurasının rəsmisi Bakıda "Eurovision-2012" müsabiqəsinin keçirilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir M.Əliyev/

Avropa Yayım Şurasının rəsmisi Sietse Bakker sabah Azərbaycana səfərə gələcək. Bu barədə bazar ertəsi Trend-ə İTV-nin direktoru İsmayıl Ömərov bildirib.

Onun sözlərinə görə, Bakıdakı görüş zamanı "Eurovision-2012" müsabiqəsinin keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirə olunacağı gözlənilir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Xəbər lenti

Xəbər lenti