...

"Eurovision" mahnı müsabiqəsinin milli seçim turunda iştirak üçün 10 nəfər sənəd verib

Eurovision-2012 Materials 17 Oktyabr 2011 14:47 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün artıq 10 nəfər sənəd verib.
"Eurovision" mahnı müsabiqəsinin milli seçim turunda iştirak üçün 10 nəfər sənəd verib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün artıq 10 nəfər sənəd verib.

İTV-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, milli seçim turu oktyabrın 15-dən başlayıb. Sənəd verənlərdən 2 nəfər - Adil Baxışlı və Altun Zeynalov ötən il keçirilən milli seçim turunda da iştirak edib.

Milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaq.

Müsabiqə tam olaraq "Eurovision" mahnı müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti