...

İtaliyanı "Eurovision 2012" müsabiqəsində Nina Zilli təmsil edəcək

Eurovision-2012 Materials 19 Fevral 2012 15:00 (UTC +04:00)
İtaliyanı Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsində Nina Zilli təmsil edəcək.
İtaliyanı "Eurovision 2012" müsabiqəsində Nina Zilli təmsil edəcək

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir V.İmanov/

İtaliyanı Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsində Nina Zilli təmsil edəcək. Trend-in məlumatına görə, bu barədə yarışmanın rəsmi saytı bildirib.

Nina Zilli təxəllüsü ilə çıxış edən Mariya Çiara Fransketta (ital. Maria Chiara Fraschetta) 1980-ci ilin 2 fevral tarixində İtaliyanın Pyaçenca şəhərində anadan olub. O bütün uşaqlığını İrlandiyada keçirib və İtaliyaya qayıtdıqda konservatoriya qəbul olunub. Konservatoriyada təhsilini başa vurduqdan sonra ifaçı ABŞ-a köçüb və orada 2 il yaşayıb.

İtaliya Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin 26 mayda keçiriləcək final mərhələsində çıxış edəcək.

Xatırladaq ki, Eurovision 2012-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.

Şou "Bakı Kristal Zalı"nda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti