...

İranlı politoloqlar ABŞ-ın yeni sanksiyalarını şərh edirlər

Dünya xəbərləri Materials 26 Oktyabr 2007 17:07 (UTC +04:00)
İranlı politoloqlar ABŞ-ın yeni sanksiyalarını şərh edirlər

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ ABŞ-ın İrana qarşı yeni sanksiya tətbiq etməsi, Tehranın beynəlxalq ictimaiyyətin istəklərinə tabe olması və müharibədən yayınmaq məqsədi daşıyır: "İran-ABŞ müharibəsindən yayınmağın yeganə yolu, İran əleyhinə sanksiyaların şiddətlənməsidir"-deyə, politoloq və İran Demokrat partiyasının fəalı Davud Kavyani(Davoud Kaviani) bildirib.

ABŞ xarici işlər naziri Kondoliza Rays oktyabrın 25-də İrana qarşı yeni sanksyaların tətbiq olunduğunu bildirib. Yeni sanksyada, İranın daha üç bankı boykot olub, İranın hərbi qüvvəsi "Sepah"la əlaqəsi olan 20 şirkətin və şəxsin bank hesabları dondurulub və "Sepah" terrorçu şəbəkə adlanıb. Rays, yeni sanksiyanı İranın nüvə proqramını, ölkə xaricində terror aktlarını və terrorçu təşkilatlara dəstəyini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirərək əlavə edib ki, ABŞ Tehranla müzakirələrin davam etməsini dəstəkləyir. Amerikanın bəzi senatorları isə, yeni sanksiyanı ABŞ hakimiyyətinin İrana hücumuna yetərincə bəhanə verməsi kimi dəyərləndirərək, sanksiyaları düzgün hesab etməyib.

Kavyani cümə günü Stokholmdan telefonla Trend ə bildirib ki, İrana qarşı yeni sanksiyaların tətbiq olunması, İran əhalisinin özünə xeyirdir. Bu, İranın radikal mövqeini səngitmək və müharibənin qarşısını almaq üçün ən əlverişli variyantdır. Onun fikrincə, yeni sanksiya ABŞ hakimiyyətinə, İrana hücum etməyə haqq qazandıra bilməz və müharibə variantınıa ABŞ Kongresinin təsdiqi lazımdır.

Kavyani, İran hakimiyyətinin sözçüsü Məhəmmədəli Hüseyninin (Mohammadali Hosseini) ABŞ sanksiyalarının qanunsuz olması və bu növ təzyiqlərin Vaşinqtona uğur qazandırmayacağı haqqında bəyanatına fikirin bildirib. Onun sözlərinə görə, İran hakimiyyətinin yeni sanksiyaların tətbiq olunmasına ciddi şəkildə etiraz etməsi, sanksyaların nə dərəcədə təsirli olduğunun göstəricisidir.

"ABŞ yeni sanksiyaların tətbiqi ilə, İranın radikal mövqeyinə qarşı ciddi mövqeyini göstərir. Amerika, sanksiyalarda İran əhalisinə təzyiqlərin tətbiq olunması barədə də yetərincə ehtiyatlı olub. Sanksyalar İran millətinə yox, hakimiyyətinə qarşıdır"-deyə İranlı politoloq bildirib.

İranın Milli Məclisinin iqtisadi tədqiqatçılar şurasının üzvü Cəmşid Pəjuyan isə, Tehrandan Trend ə bildirib ki, İrana tətbiq olunan qətnamə və sanksiyalar hakimiyyətin də, millətin də ziyanınadır. "İrana tətbiq olunan sanksiyaların bəzisi haqsızdır. İranın nüvə fəaliyyəti ilə əlaqədar, heç bir hərbi məqsəd daşıyan fakt aşkarlanmayıb. Bundan əlavə , sanksiyaların bəzisi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur və bəzi ölkələr İranla iqtisadi münasibətlərini davam etdirir", - deyə, Pəjuyan bildirib.

İran ekspertinin fikrincə, rəsmi Tehran öz mövqeini dəyişən deyil, bu sanksiyalar isə, ABŞ-ın iddialarına baxmayaraq, İranı dizə çökdürməyə qadir deyil və beynəlxalq ictimaiyyət Amerikaya yetərincə dəstək vermir.

Xəbər lenti

Xəbər lenti