...

İlki məlumatlara görə, Saakaşvili prezident seçikilərini qazandı – Gürcüstanın MSKsədri

Dünya xəbərləri Materials 9 Yanvar 2008 18:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 9 yanvar / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın Mərkəzi Seçki Komisiyasının sədri növbədənkənar keçirilən prezident seçkilərinin ilkin rəsmi məlumatı açıqlayıb. MSK-nın ilkin hesablamalarına görə, 3 512 məntəqədən 3 484-də hesablanan səslərə görə, Mixail Saakaşvili növbədən- kənar keçirilən seçkilərdə liderliyini qoruyur.

Bu gün brifinqdə məlumat verən Gürcüstanın MSK sədri Levan Tarxnişvili bildirib ki, Saakaşvili bu məntəqələrdən 52,21 faiz (1 029 35 seçici səsi) səs toplayıb.

Saakaşvilidən sonra birləşmiş müxalifətdən nəmizəd Levan Qaçeçiladze 25,26 faiz səs, "Yeni Sağlar"ın lideri David Qamkrelidze - 4,02 faiz, iş Adamı Arkadi (Badri) Patarkatsişvili - 6,9 faiz (139 877 səs), Leyborist partiyasının sədri Şalva Natelaşvili - 6,42 faiz, Gələcək Partiyasının lideri Qiorqi Maisaşvili - 0,76 faiz və "Ümid" partiyasının lideri İrina Sarişvili-Çanturiya - 0,19 faiz səs toplayıb.

Gürcüstan Konstitusiyasına əsasən, əgər ilk turda namizəd 50 faiz üstəgəl 1 səs toplayarsa, prezident seçilir.

"Biz hələ 30 seçki məntəqəsindən məlumat almamışıq, ancaq bu məlumatlar vəziyyəti dəyişə bilməz. Həmin məntəqələr az seçicilidirlər və onların səslərinin cəmi 0,1 faizdən artıq olmayacaq", - deyə, Tarxnişvili bildirib.

O qeyd edib ki, hazırda 2008-ci il yanvarın 5-də keçirilən seçkilərin əlavə bülletenləri sayılır.

MSK sədri bildirib ki, seçkilərin nəticəsi yalnız məntəqə komissiyası və məhkəmənin qərarına əsasən ləğv edilə bilər.

Gürcüstan MSK-nın ilkin məlumatına görə, seçkilərdə 1 912 943 nəfər, və ya ümumi seçicilərin 56,17 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti