...

Estoniyanın Baş naziri Tbilisiyə gəlir

Dünya xəbərləri Materials 2 Fevral 2008 13:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirtsxaliya / Fevraln 4-də Estoniyanın Baş naziri Andris Ansipp Tbilisiyə gələcək. Dövlət Dəftərxanasından verilən məlumata görə, bazar ertəsi səfər çərçivəsində Ansippin Gürücstanın Baş naziri Lado Qurqenidze ilə görüşü nəzərdə tutulur.

Görüş zamanı ikitərəfli əlaqələr və Estoniyanın Gürcüstana Avropa inteqrasiyası və NATO-ya üzv olma yolunda kömək edəcəyi müzakirə ediləcək. Görüşdən sonra Baş nazirlər brifnq verəcəklər.

Estoniya Baş nazirinin Gürcüstan pralamentinin sədri Nino Burcanadze, fevralın 4-də isə, prezident Mixail Saakaşvili ilə görüşü nəzərdə tutulub.

Fevralın 5-də Ansippi Gürcüstanın Müdafiə naziri David Kezeraşvili qəbul edəcək. Qonaq ərazi bütövlüyü uğrunda şəhid olanların abidəsinə əklil qoyacaq. Həmin gün Estoniyanın Baş naziri Qurdcaanidəki (Kaxetiya regionu) "Aquana" şərab zavoduna, Siqnax tarixi muzey mərkəzinə baş çəkəcək. Axşam, Ansipp "Avropa qonşuluq siyasətinin Gürcüstanda fəaliyyət planının həyata keçirilməsi" konfransında iştirak edəcək.

Fevralın 6-da Estoniyanın Baş nazirinin reinteqrasiya üzrə Dövlət naziri Temur Yakobaşvili ilə səhər yeməyi baş tutacaq.

Xəbər lenti

Xəbər lenti