...

RF prezidentinin seçkilərində vətəndaşlara müqayisə olunmayan təziq göstərilir – "Qolos" hüquqmüdafiə Asosiasiyası

Dünya xəbərləri Materials 2 Mart 2008 19:28 (UTC +04:00)
RF prezidentinin seçkilərində vətəndaşlara müqayisə olunmayan  təziq göstərilir – "Qolos" hüquqmüdafiə Asosiasiyası

Rusiya, Moskva, 02 mart / müxbir Trend R.Ağayev/ "Qolos" (Səs) hüquqmüdafiə Asosiasiyasının "Seçkilərin səsi - 2008" informasiya mətbuat mərkəzi öz işinə başlayıb. Mətbuat mərkəzinin qaynar xəttinə 8-800-333-33-50 telefonu vasitəsilə bütün ölkədən prezident seçkilərində yol verilmiş pozuntular barədə məlumat daxil olur. Bu məlumatlar "Qolos" (Səs) Asosiasiyasının, 40-dan çox regionda çalışan müxbirlərə göndərildiyi kimi, sıravi seçicilərədə göndərilir.

Seçkilərdən qabaq Asosiasiya təşviqata dair monitorinq keçirib. Onlardan ən çox yayılan dolayısı təşviqat olub.

Asosiyasiyada bildirirlər ki, vətəndaşlara müqayisə olunmayan təziq göstərilir. Xüsusən tələbələrə və dövlət idarələrində çalışanlara qarşı. İnsanları, işdən çıxarmaq, məvacibdən məhrum etmək qorxusu altında seçki məntəqələrinə gəlməyi məcbur edirlər. Seçiciləri pulla öz tərəfinə çəkmək yolundan başqa, seçki məntəqələrinin yanında, səs verdikdən sonra alınan xüsusi talonu təqdim etməklə, lotoreya oyunlarına qoşulmaq imkanı verilir. Bundan səvai, seçkilər günü, prezidentliyə namizəd olan bir nəfərin xeyrinə qanunsuz təşviqat kampaniyası keçirilir. Belə ki "Edinaya Rosiya" fəalları qapı-qapı evləri gəzirlər.

"Qolos" (Səs) hüquqmüdafiə Asosiasiyasının direktor müavini Qriqoriy Melkonyanç Dövlət Dumasına seçkilərində istifadə olunan texnoloqiyaya fikir verib. Onun sözlərinə görə, onda seçici, "üzürlü səbəbi" qeyd edərək yazılı ərizə ilə səs verə bilərdi.

"Qolos" (Səs) Asosiasiyasının icraçı direktoru Liliya Şibanova qeyd edib ki, hələlik pozuntular ilə əlaqədar ərizələrin sayı Dövlət Dumasına keçirilən seçkilərdə olan pozuntulardan azdır. Lakin, bu siyasi vəziyyətin yaxşılığa doğru dəyişməsi ilə əlaqədar deyil.

Onun sözlərinə görə, bu seçkilərdə seçicilər, Dövlət Dumasına seçkilərdən ibrət dərsi götürmüş və seçkilərin demokratik olmadığını və heç nə həll etmədiklərini başa düşərək, ruhdan düşüblər.

Məqalənin müəllifilə bu ünvanda əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti