Türkiyə, Ankara, 24 noyabr/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin Demokratik Sol Partiyası (DSP) 23 - cü ildönümünü qeyd edib. Bu münasibətlə əlaqədar Ankarada bayram tədbiri keçirilib.
"Akşam" qəzetinin verdiyi xəbərə görə, mərasimdə çıxış edən DPS lideri Zeki Sezer Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət - Halk Partiyasının (CHP) rəhbəri Dəniz Baykalın ünvanına kəskin tənqidlər səsləndirib.
Sezerin rəyinə görə, "CHP-nin fəaliyyəti cəmiyyətin dünyəvi dayaqlarının toxunulmazlığı uğrunda mübarizə aparan partiyaya yaraşmır".