...

Avropa Birliyi qurum üzv dövlətlərə qazın nəqlini tam həcmdə bərpa etməyi tələb edir

Dünya xəbərləri Materials 3 Yanvar 2009 02:26 (UTC +04:00)
Avropa Birliyi qurum üzv dövlətlərə qazın nəqlini tam həcmdə bərpa etməyi tələb edir

2009-cu ilin yanvarın 1-dən Avropa Birliyində sədrlik edən Çexiya AB-yə üzv dövlətlərə qazın nəqlini dərhal bərpa etməyi tələb edib.

Frans Press agentliyinin yaydığı xəbərə görə, bu tələb bəzi AB üzvlərinin Ukrayna ərazisi ilə nəql olunan Rusiya qazının həcminin azalması ilə bəyanatlarından sonra səslənib.

"AB məsələ ilə yaranmış problemi tezliklə həll etməyə və AB üzvlərinə tam həcmdə qazın nəqlini bərpa etməyə çağırır", - deyə Çexiyada qəbul olunan bəyanatda bildirilir.

Bundan əlavə AB  enerji daşıyıcılarının nəqli ilə bağlı bütün öhdəliklərə əməl etməyə çağırıb.

Yanvarın 1-də "Qazprom" Ukraynaya qaz nəqlini dayandırıb. Bununla yanaşı Rusiya tam həcmdə Avropaya qaz ötürməkdə davam edir.

"Qazprom" nümayəndəsinin bildirdiyinə görə, "Naftoqaz Ukrainı" şirkətinin rəhbərliyi rəsmən bəyan edib ki, tranzit həcmdən 21 milyon kubmetr qaz götürür. Bununla əlaqədar "Qazprom" digər istiqamətlər üzrə Avropaya qaz nəqlini artırıb.

Xəbər lenti

Xəbər lenti