...

Yaxın onillikdə ABŞ rəhbərliyi çətin qərarlar qəbul etməli olacaq - Corc Buş

Dünya xəbərləri Materials 16 Yanvar 2009 10:49 (UTC +04:00)

Yaxın onillikdə ABŞ rəhbərliyi çətin qərarlar qəbul etməli olacaq. Bu barədə millət qarşısında vida müraciətilə çıxış edən ABŞ-ın hazırkı prezidenti Corc Buş bəyan edib. O, ölkəni təhdid edən təhlükələri xatırladaraq terrorizmi xüsusi qeyd edib.

"Baxmayaraq ki, bizim ölkəmiz yeddi il əvvəl olduğu kimi təhlükədən çox kənardır, Amerika xalqı qarşısında terrorçular tərəfindən təkrar hücum təhlükəsi hələ də qaldmaqdadır. Bizim düşmənlərimiz daimidir və yenidən zərbə endirməyə çalışırlar", - RBK-nın  Associated Press -ə istinadən verdiyi xəbərə görə, Buş bildirib.

Buş qeyd edib ki, Amerika dünyada nüfuzunu və "mənəvi təmizliyini" qoruyub saxlamalıdır. O xatırladıb ki, dünyada "xeyir və şər var və onların arasında güzəşt ola bilməz". "Bir çox təhlükələr hələ qabaqdadır. Lakin cəsurluq və ideallarımıza inam ilə böyük xalq heç vaxt yenilməyəcək", - deyə Buş bildirib.
2009-cu il yanvarın 20-də vəzifəsini tərk edəcək Buş ona göstərilən etimada görə Amerika xalqına minnətdarlığını bildirib və xələfi Barak Obamaya uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti