...

Strasburqda AŞPA-nın qış sessiyası öz işinə başlayır

Dünya xəbərləri Materials 26 Yanvar 2009 06:53 (UTC +04:00)

Bu gün Strasburqda AŞPA-nın qış sessiyası öz işinə başlayır. Sessiyada Rusiyanın Cənubi Osetiya ilə bağlı oktyabrda qəbul olunan qətnamənin icrası, Ermənistanın qurumdakı nümayəndə heyətinin taleyi və "Qonqadze işi" əsas müzakirə mövzuları olacaq.

Güman olunur ki, AŞPA Rusiya-Gürcüstan münasibətlərinə dair iki böyük hesabat dinləyəcək.

Müzakirələrin nəticələrinə əsasən hər iki tərəfə tövsiyyələr layihəsi qəbul olunacaq.

Cənubi Osetiyadan başqa Ermənistanın nümayəndə heyətinin taleyi də müzakirə olunacaq.

AŞPA-da hesab edirlər ki, Ermənistan ötənilki qətnamənin tələblərini tam yerinə yetirməyib. Buraya siyasi məhbusların azadlığa buraxılmaması və 2008-ci il mart hadisələri ilə bağlı müstəqil araşdırmanın aparılmaması kimi məsələlər daxildir.

Ötən ilin dekabrın 17-də AŞPA-nın monitorinq komitəsi Ermənistanın qurumdakı nümayəndə heyətinin səsvermə hüququnu dayandırmağı təklif etmişdir.

Bundan əlavə sessiya zamanı deputatlar Yaxın Şərqdəki durumu və dünya iqtisadi böhranı ilə bağlı məsələlri müzakirə edəcəklər.

RİA Novosti agentliyinin məlumatına görə, sessiya öz işini yanvarın 30-da bitirəcək.

Xəbər lenti

Xəbər lenti