...

Iranın İsfahan şəhər prokurorunun müavini qətlə yetirilib

Dünya xəbərləri Materials 16 Mart 2009 13:00 (UTC +04:00)

İranın İsfahan şəhər prokurorunun müavini bazar ertəsi səhər İsfahan Şəhər Prokurorluğunun qarşısında odlu silahdan qətlə yetirilib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb. 

İranın İsfahan şəhər prokuroru Qulamrza Ənsari bildirib ki, prokuror müavini Əhmədrza Təvəllayini qətlə yetirən şəxs həbs olunub. Bildirilib ki, həbs olunan şəxsin prokuror müavini Təvəllayi tərəfindən araşdırılan ailə münaqişəsi zəmnində cinayət işinə baxılırmış. 

Ənsarinin sözlərinə görə, qatil bazar ertəsi səhər İsfahan Şəhər Prokurorluğu qarşısında Təvəllayi işə gələrkən ona yaxınlaşaraq, yaxın məsafədən atəş açıb. Hadisə nəticəsində prokuror müavini yerindəcə keçinib. Cinayəti törədən şəxs könüllü olaraq polisə təslim olub.

Cinayətin hansı məqsədlə törədildiyi hələki bildirilməyib. Hadisə ilə bağlı cinayət işi açılıb. 

Xəbər lenti

Xəbər lenti