...

Türkiyə və ABŞ-ın əməkdaşlığı region üçün mühümdür – Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 6 Aprel 2009 16:46 (UTC +04:00)
Türkiyə və ABŞ-ın əməkdaşlığı region üçün mühümdür – Türkiyə Prezidenti

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir Ü.Sadıxova /

Türkiyə və ABŞ təkcə regionda hərbi əməkdaşlıqla bağlı danışıqlar aparmayıb, onlar həm də strateji və iqtisadi mövzuları, həmçinin terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər. Türkiyənin TRT-2 telekanalının verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Barak Obama ilə görüşdə Türkiyə Prezidenti Abdulla Gül bildirib.

"ABŞ və Türkiyə regiondakı hadisələri diqqətlə izləyir və bizim üçün Balkanlar, Əfqanıstan və Qafqazda təhlükəsizlik sahəsində əməkdaşlıq prioritetdir", - deyə Gül bildirib.

Obama bazar günü axşam Türkiyəyə gəlib. ABŞ Administrasiyası rəhbərinin ilk müsəlman ölkəsinə rəsmi səfəri iki gün davam edəcək.

Müzakirə olunacaq məsələlər sırasında Türkiyənin Avropaya inteqrasiya perspektivləri də var.

ABŞ Prezidentinin Ankara və İstanbula səfəri ilə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülüb. Obama kortejinin hərəkət zonasını 4 min türk polisi və xüsusi xidmət əməkdaşları mühafizə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti