...

Suriya Livanda stabilliyin bərqərar edilməsi ilə bağlı bütün vədlərinə əməl edib - Fransa Prezidenti

Dünya xəbərləri Materials 9 İyul 2009 15:49 (UTC +04:00)
Suriya Livanda stabilliyin bərqərar edilməsi ilə bağlı bütün vədlərinə əməl edib - Fransa Prezidenti

Fransa Prezidenti Nikola Sarkozi çərşənbə günü jurnalistlərə bildirib ki, Suriya Prezidenti Bəşşar əl-Əsəd Livana dair Fransaya verdiyi bütün vədlərə əməl edib. Bu barədə Fransanın AFP agentliyi xəbər verir.

Fransanın "5" telekanalına müsahibəsində Sarkozi bildirib ki, o, prezident vəzifəsinə gəldikdən sonra Suriya ilə danışıqları bərpa etdiyi zaman tənqidlə üzləşib.

"Mən həmişə hesab edirdim ki, Livan probleminin həllində Suriyanın nəzərə alınmaması bu iki ölkənin tarixini bilməməklə əlaqədardır", - deyə Sarkozi bildirib.

Fransa Prezidenti əlavə edib ki, onun prezident vəzifəsinə gəldiyi iki il bundan öncəki zamanla müqayisədə Livanda vəziyyət daha yaxşıdır.

"Daha hücumlar, partlayışlar yoxdur, ölkədə hakimiyyət, prezident, Suriya və Livan tarixində heç vaxt baş verməyən səfirlərin mübadiləsi mövcuddur", - deyə Sarkozi bildirib.  

Fransa Prezidenti əlavə edib ki, Suriya başçısı əl-Əsəd Livanda stabilliyin bərqərar olması üzrə verdiyi bütün vədlərinə əməl edib.

Suriya və Fransa arasında münasibətlər 2008-ci ilin iyul ayında Aralıq dənizi İttifaqının yaranmasından sonra bərpa edilib. Prezidentlər Sarkozi və əl-Əsəd ikinci dünya müharibəsindən, hər iki ölkənin müstəqillik qazanmasından sonra mövcud olmayan Suriya və Livan arasında diplomatik münasibətlərin mübadiləsi haqqında razılığa gəliblər.

Sarkozinin sələfi Jak Şirak Beyrutda Livanın keçmiş Baş naziri Rafiq əl-Həririnin qətlə yetirilməsindən sonra Dəməşq ilə münasibətləri dondurmuşdu. Bu qətldə Suriyanın yüksək rütbəli məmurları günahlandırılır. Lakin Suriya bütün itiihamları rədd edir.  

Xəbər lenti

Xəbər lenti