...

"Bəsic" virtual müharibə ilə mübarizə aparmaq üçün kompüter oyunları istehsal edir

Dünya xəbərləri Materials 16 Sentyabr 2009 17:53 (UTC +04:00)
İran İslam Respublikasının Sepah korpusunun "Bəsic" könüllülər qüvvələrinin komandiri Hüseyn Taib çərşənbə günü ilk kompüter oyununun təqdimat mərasimində bildirib ki, düşmənin virtual müharibəsinə qarşı mübarizə aparmaq üçün bu kimi vasitələrdən istifadə etmək lazımdır.
"Bəsic" virtual müharibə ilə mübarizə aparmaq üçün kompüter oyunları istehsal edir

İran İslam Respublikasının Sepah korpusunun "Bəsic" könüllülər qüvvələrinin komandiri Hüseyn Taib çərşənbə günü ilk kompüter oyununun təqdimat mərasimində bildirib ki, düşmənin virtual müharibəsinə qarşı mübarizə aparmaq üçün bu kimi vasitələrdən istifadə etmək lazımdır. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Əgər düşmən internet və mətbuat vasitəsilə xalqların fikir tərzini dəyişməyə çalışırsa, biz də bu taktikadan istifadə etməklə onlara qarşı mübarizə aparmalıyıq. Bu mübarizədə də xalqımızın qələbəsini görəcəyik", - deyə Taib bildirib.

"Bu məqsədlə "Bəsic" üçün ötən həftə Capture Motion sistemini quraşdırmışıq və yaxın günlərdə kompüter oyunları istehsalı üçün geniş potensial yaranacaq", - o əlavə edib.

"Bu gün ABŞ-ın iqtisadi gücü tükənib və amerikalılar daha iqtisadi güc vasitəsilə dünyaya hökmranlıq edə bilmirlər. Onlar indi virtual gücdən istifadə etməklə xalqların mədəniyyətini hədəfə alıblar", - deyə Taib bildirib.

Taib əlavə edib ki, kompüter oyunları istifadəçilərinin sayı çoxdur, hazırda yaşı üçdən az olan uşaqlar da oyun oynayırlar. "Kompüter oyunları ildə 70 milyard dollardan artıq gəlir gətirir və düşmənlər xalqların fikir tərzini dəyişmək üçün bu vasitədən istifadə edir", - deyə Taib bildirib.

Xəbər lenti

Xəbər lenti