...

ABŞ Senatının Bank Komitəsi İrana qarşı sanksiyaların gücləndirilməsinin lehinə səs verib

Dünya xəbərləri Materials 30 Oktyabr 2009 11:14 (UTC +04:00)
ABŞ Senatının Bank Komitəsi İran ilə ticarətin bundan sonrada məhdudlaşdırılması və bu ölkəyə təmiz neft məhsulları almağa kömək edən şirkətlərə sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib. Bloomberg xəbər verir.
ABŞ Senatının Bank Komitəsi İrana qarşı sanksiyaların gücləndirilməsinin lehinə səs verib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

ABŞ Senatının Bank Komitəsi İran ilə ticarətin bundan sonrada məhdudlaşdırılması və bu ölkəyə təmiz neft məhsulları almağa kömək edən şirkətlərə sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib. Bloomberg xəbər verir.

Komitənin sədri, demokrat senator Kristofer Dodd bütün Senatı bu qanun layihəsinə səs verməyə çağırıb.

Çərşənbə günü Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi (ABŞ Konqresinin aşağı palatası) İranın neft sektorunun təchizatı, yük daşımaları, məsləhətləşmə və maliyyələşdirilməsi ilə məşğul olan şirkətlərə sanksiyaların qoyulmasını nəzərdə tutan buna bənzər qanun layihəsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti