...

İran nüvə yanacağının mübadiləsi məsələsini nəzərdən keçirməyə hazırdır – XİN rəhbəri

Dünya xəbərləri Materials 19 Dekabr 2009 15:22 (UTC +04:00)
İran Tehran reaktoru üçün nüvə yanacağının mübadiləsi məsələsini nəzərdən keçirməyə hazırdır. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib.
İran nüvə yanacağının mübadiləsi məsələsini nəzərdən keçirməyə hazırdır – XİN rəhbəri

İran Tehran reaktoru üçün nüvə yanacağının mübadiləsi məsələsini nəzərdən keçirməyə hazırdır. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib. Məlumatı IRNA agentliyi yayıb.

Müttəki həmçinin deyib ki, Tehranın Kiş adasında yanacaq mübadiləsi etmək istəyi İranın xeyirxah olmasını göstərir və bu, qarşı tərəf üçün əlverişli faktordur.

"Biz qarşı tərəfi Kiş adasında yanacaq mübadiləsinə dair təklifi qəbul etməyə məcbur etmirik, bu təkliflə biz Qərb ölkələri ilə dialoqları bərpa etmək istəyirik", - o deyib.

Müttəki həmçinin qeyd edib ki, İran bu təklifə indiyənədək cavab almayıb.

Ötən həftə Tehran reaktoru üçün yanacaq haqqında məsələyə İranın cavab verməməsinə görə yaranan "hay-küy" ilə əlaqədar olaraq Müttəki, Kiş adasında 400 kiloqram uranın mübadilə edilməsinə hazır olduqlarını bildirərək deyib ki, İran Qərb ölkələrinə cavab verib.

Xəbər lenti

Xəbər lenti