...

İran Qafqazda təhlükəsizlik üzrə əməkdaşlığı genişləndirməyə çağırır

Dünya xəbərləri Materials 19 Yanvar 2010 19:02 (UTC +04:00)
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Qafqazda stabillik və təhlükəsizliyin təmin olunması üzrə strategiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb.
İran Qafqazda təhlükəsizlik üzrə əməkdaşlığı genişləndirməyə çağırır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Qafqazda stabillik və təhlükəsizliyin təmin olunması üzrə strategiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb. Məlumatı Press TV ISNA agentliyinə istinadən yayıb.

"İranın Yaxın Şərq, Qafqaz və Fars körfəzi regionunda regional problemlərin və böhranların həllinə strateji yanaşması var", - Cəlili Tehranda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşü zamanı deyib.

O. həmçinin əlavə edib ki, regional təhlükəsizlik xalqlar arasındakı ikitərəfli əlaqələrin inkişafı üçün yol açacaq. Cəlili vurgulayıb ki, "region ölkələrinin maraqları təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsini tələb edir".

Gürcüstanlı nazir İranın regional inkişafla əlaqəli "balanslaşdırılmış və prinsipial" mövqeyini dəstəkləyib.

Vaşadze, həmçinin öz ölkəsinin İranla regional problemlər üzrə məsləhətləşmələri genişləndirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti