Dubayın Şarcə şəhərində silahlı basqın edərək valyutadəyişmə məntəqəsindən oğurluq etmək istəyən üç İran vətəndaşı həbs olunub. Bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Həbs olunmuş şəxslər, həmçinin, odlu silah saxlamaqda, avtomobil oğurlamaqda, qanunsuz şəkildə ölkə sərhədlərini pozaraq Dubaya gəlməkdə və spirtli içilər içməkdə ittiham olunurlar.
Həbs olunmuş şəxslər törətdikləri cinayəti etiraf ediblər.