...

Bakıda "Mədəniyyətlər İttifaqı Gəncləri" qlobal hərəkatının birinci konqresi keçiriləcək

Dünya xəbərləri Materials 3 İyun 2010 14:28 (UTC +04:00)
Oktyabr ayında Bakıda "Mədəniyyətlər İttifaqı Gəncləri" qlobal hərəkatının birinci konqresi keçiriləcək. Bu barədə qərar, həmçinin, hərəkatın fəaliyyət konsepsiyası Braziliyada keçirilmiş BMT Mədəniyyətlər İttifaqının üçüncü illik forumu zamanı qəbul olunub, - bu barədə Dini Strukturlarla İş Üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Bakıda "Mədəniyyətlər İttifaqı Gəncləri" qlobal hərəkatının birinci konqresi keçiriləcək

Аzərbaycan, Bakı, 3 iyun /Trend, müxbir М.Əliyev/

Oktyabr ayında Bakıda "Mədəniyyətlər İttifaqı Gəncləri" qlobal hərəkatının birinci konqresi keçiriləcək. Bu barədə qərar, həmçinin, hərəkatın fəaliyyət konsepsiyası Braziliyada keçirilmiş BMT Mədəniyyətlər İttifaqının üçüncü illik forumu zamanı qəbul olunub, - bu barədə Dini Strukturlarla İş Üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Forumda 130 ölkənin nümayəndələri, beynəlxalq təşkilatlar, iki mindən çox siyasi lider, vətəndaş cəmiyyətlərinin fəalları iştirak ediblər. Forumda Azərbaycanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov təmsil edib.

Forumun yekun sənədində mədəniyyətlərarası əlaqələr üzrə qarşılıqlı əməkdaşlıq və bütün dünyada uzunmüddətli sülhün əldə edilməsi barədə danışıqlara nail olmaq qeyd edilib.

Xəbər lenti

Xəbər lenti