...

Müttəki Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya xəbərləri Materials 3 İyun 2010 17:55 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin iyunun 6-da keçiriləcək iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumatı ISNA informasiya agentliyi yayıb.

İKT-nin hər il keçirilən iclasında 57 ölkə iştirak edir.

İKT 1969-cu il sentyabrın 25-də Rabatda müsəlman ölkələri başçılarının konfransında sosial, iqtisadi və siyasi sahədə İslam həmrəyliyinin təmin edilməsi məqsədilə yaradılıb. Bosniya və Herseqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federasiyası, həmçinin "Moro" Filippin Milli Azadlıq Cəbhəsi və bir sıra digər təşkilatlar (BMT, Bloklara Qoşulmamaq Hərəkatı) bu təşkilatda müşahidəçi statusuna malikdirlər. Təşkilatın mənzil-qərargahı Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşir.

Xəbər lenti

Xəbər lenti