...

BAEA-nın sonuncu məruzəsi BMT TŞ-nin sonuncu qətnaməsinə uyğunlaşdırılıb - Sultaniyyə

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 18:49 (UTC +04:00)
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə bu gün BAEA rəhbəri Yukiya Amanoya məktub ünvanlayıb.
BAEA-nın sonuncu məruzəsi BMT TŞ-nin sonuncu qətnaməsinə uyğunlaşdırılıb - Sultaniyyə

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə bu gün BAEA rəhbəri Yukiya Amanoya məktub ünvanlayıb. Məktubda Sultaniyyə Agentlik rəhbərinin sonuncu məruzəsinə öz ölkəsinin etirazını bildirib. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.

Sultaniyyə Amanonu əcnəbi qüvvələrin təzyiqi altında məruzə yaymaqda, gizli saxlanılması lazım olan texniki detalları məruzədə açıqlamaqda, BMT TŞ-nin qətnaməsinin icrası ilə bağlı NPT müqaviləsindən kənar tələblərdə ittiham edir. Sultaniyyə məktubunda yazıb ki, Amanonun sonuncu məruzəsi 1929 saylı qətnamənin tələblərinə uyğunlaşdırılıb.

"Bu cür səhv addımlar BAEA nizamnaməsinə ziddir və Agentlik rəhbərliyi belə hərəkətlərlə öz müstəqilliyini və etibarını şübhə altına alır", - məktubda bildirilir. Sonda Sultaniyyə bu səhvlərin düzələcəyini ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti