İslam İnqliabı Keşikçiləri Korpusu (İİKK) və polis xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı bu yaxınlarda İranın Mehabad şəhərində baş verən partlayışın 30 iştirakçısı məhv edilib. Bu barədə Seyyidüş-Şühəda" qərargahının komandiri Əbdürrəsul Mahmudabadi deyib. Məlumatı İİKK-nın rəsmi saytı "sepahnews.com" yayıb.
"İştirakda şübhəli bilinən iki şəxs qaçıb və hazırda onlar axtarışdadır", - o deyib.
Mehabad şəhərində partlayış (Qərbi Azərbaycan əyaləti) sentyabrın 22-də 1980-1988-ci illər İran-İraq müharibəsinin başlanmasının ildönümünə həsr edilən hərbi parad zamanı baş verib. Partlayıcı qurğu böyük çantada quraşdırılaraq tamaşaçıların içərisində işə salınıb. Partlayış nəticəsində 12 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.