...

İranda nüvə texnologiyasına aid dərsliklər hazırlanıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2010 14:55 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatı nüvə texnologiyası sahəsində dərsliklər çap edib. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verib.
İranda nüvə texnologiyasına aid dərsliklər hazırlanıb

İranın Atom Enerjisi Təşkilatı nüvə texnologiyası sahəsində dərsliklər çap edib. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verib.

"Nüvə texnologiyasına aid əksər dərsliklər ingilis dilində olduğu üçün, təşkilat işçiləri və universitet müəllimlərindən ibarət işçi qrupu təşkil etdik. Bu qrup bakalavr və magistr pillələri üçün dərsliklər hazırlayıb", -  Salehi deyib.

Salehi İran və Vyana qrupu ölkələri arasında müzakirələr məsələsinə toxunaraq, bu müzakirələrin qarşılıqlı inam yaratmaq məqsədi ilə həyata keçirildiyini deyib. "Əgər Qərb ölkələri müzakirələr aparmağa hazır olmasalar, biz özümüz Tehran reaktoruna lazımlı yanacağı istehsal edəcəyik. Ümid edirəm, gələn ilin sentyabrına kimi Tehran reaktoruna lazım olan yanacağı ölkə daxilində istehsal edəcəyik", - Salehi deyib.

Salehi, həmçinin, əlavə edib ki, İran və Rusiya arasında radioaktiv dərman preparatları istehsalı sahəsində razılıq əldə olunub. "İran və Rusiya arasında radioaktiv dərman preparatları istehsalı sahəsində razılaşma var və Rusiya radioaktiv izotoplar nümunəsini İrana göndərir; İranda onların İran şəraitinə uyğun olduğu sınaqdan çıxarıldıqdan sonra sifariş verilir", - Salehi deyib.

O əlavə edib ki, hazırda iki ölkə arasında bu sahədə məktublaşma gedir və ümid edirəm, Rusiya tez bir zamanda radioaktiv izotoplar nümunəsini İrana göndərəcək.

Xəbər lenti

Xəbər lenti