...

Maradona İranın futbol üzrə milli komandasının baş məşqçisi olacaq

Dünya xəbərləri Materials 8 Noyabr 2010 13:24 (UTC +04:00)
Əfsanəvi futbolçu Dieqo Maradona İranın futbol üzrə milli komandasının baş məşqçisi olacaq. Bu barədə İranın "Əxbar-e Vərzeşi" (idman xəbərləri) qəzeti məlumat verib.
Maradona İranın futbol üzrə milli komandasının baş məşqçisi olacaq

Əfsanəvi futbolçu Dieqo Maradona İranın futbol üzrə milli komandasının baş məşqçisi olacaq. Bu barədə İranın "Əxbar-e Vərzeşi" (idman xəbərləri) qəzeti məlumat verib. Məlumatda bildirilir ki, noyabrın 13-də Argentina milli komandasının sabiq məşqçisi Maradonanın nümayəndəsi İrana səfər edəcək və İran Futbol Federasiyasının prezidenti Əli Kəffaşiyanla müzakirələr aparacaq.

Hələlik xəbər rəsmilər tərəfindən təsdiqlənməsə də, Maradona 2010-cu il dünya kuboku yarışlarından öncə İrana səfər etmək istədiyini bildirib. Maradona həmçinin, öz köynəyini İran Prezidenti Mahmud Əhmədinejada hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti