...

İranda ilk iri tutumlu sərnişin təyyarəsi istehsal olunacaq

Dünya xəbərləri Materials 9 Noyabr 2010 14:15 (UTC +04:00)
İranın ilk iri tutumlu sərinişin təyyarəsi 2013-cü ildə istehsal olunaraq bazara çıxarılacaq. Bu sözləri İranın aviasiya sənayesi təşkilatının direktoru Mənuçöhr Məntiqi Kiş adasında keçirilən beşinci beynəlxalq aviasiya sənayesi sərgisində jurnalistlərə bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir
İranda ilk iri tutumlu sərnişin təyyarəsi istehsal olunacaq

İranın ilk iri tutumlu sərinişin təyyarəsi 2013-cü ildə istehsal olunaraq bazara çıxarılacaq. Bu sözləri İranın aviasiya sənayesi təşkilatının direktoru Mənuçöhr Məntiqi Kiş adasında keçirilən beşinci beynəlxalq aviasiya sənayesi sərgisində jurnalistlərə bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir

Məntiqi əlavə edib ki, ilk mərhələdə bu layihənin reallaşdırılması üçün 200 milyon dollar sərmayə yatırılacaq.

Onun sözlərinə görə, hazırda iri tutumlu sərnişin təyyarələrinin istehsalı texnologiyasını İranda tətbiq etmək üçün bir neçə əcnəbi ölkələrlə müzakirələr aparırıq.  

Xəbər lenti

Xəbər lenti