...

Qazaxıstanlıların 83 faizi Bakıdakı seçki məntəqəsində səs verib (ƏLAVƏ OLUNUB 3)

Dünya xəbərləri Materials 3 Aprel 2011 20:58 (UTC +04:00)
Qazaxıstanda keçirilən prezident seçkiləri günü, müvəqqəti olaraq Azərbaycanda yerləşən bu ölkənin 200 vətəndaşından 83 faizi səs vermişdir
Qazaxıstanlıların 83 faizi Bakıdakı seçki məntəqəsində səs verib (ƏLAVƏ OLUNUB 3)

Seçicilərin sayı yenilənib

Qazaxıstanda bugün keçirilən prezident seçkiləri günü, müvəqqəti olaraq Azərbaycanda yerləşən bu ölkənin 200 vətəndaşından 83 faizi səs vermişdir, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Yerlan Abışev Trend-ə bildirib.

Saat 16:00 üçün seçkilərdə 60 faizi artıq içtikat emişdilər- Abışev söylədi. Onun sözlərinə görə seçicilər aktivdir.Azərbaycanda məskunlaşan və yaşayan Qazaxıstan vətəndaşları səs vermədə iştirak etmək üçün Bakıda, Həsən Əliyev küçəsi, ev 8 ünvanında yerləşən Qazaxıstan səfirliyində 140 saylı seçki məntəqəsində saat 9:00 - 20:00 qədər qələ bilər.

Qazaxıstan vətəndaşlığını təstiq edən sənəd mütləq olmalıdır. Qazaxıstanda yerli vaxtı ilə saat yeddidə seçki məntəqələri açılmışdır. Məntəqələr axşam saat səkkizə qədər fəaliyyət göstərəcəklər.

Seçkilərin gedişini ölkədə akkreditə olunan 1059 müşahidəçi müşahidə edir. Daha çoxsaylı missiya MDB (425 nəfər) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundandır (357 nəfər)

Prezidentliyə namizədlər arasında hakim "Nur Otan" partiyasından irəli sürülən indiki dövlət rəhbəri Nursultan Nazarbayev, Kommunist Partiyasının sədri Jambıl Axmetbekov, Vətənpərvərlər Partiyasının lideri, senator Qəni Qasımov və "Tabiqat" ekoloji ittifaqının lideri Mels Yeleusizov var.

Xəbər lenti

Xəbər lenti