...

İranın ali lideri əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 14 İyun 2011 14:42 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi İmam Əlinin mövludu günü münasibətilə həbsdə olan 996 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranın ali lideri əfv fərmanı imzalayıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İranın ali lideri ayətullah Əli Xamneyi İmam Əlinin mövludu günü münasibətilə həbsdə olan 996 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İmam Əlinin mövludu günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 996 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

İyunun 16-da İmam Əlinin mövludu günü qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti