...

Əfqanıstan Prezidenti Kabildəki terror aktını pisləyib

Dünya xəbərləri Materials 29 İyun 2011 13:21 (UTC +04:00)
Əfqanıstan Prezidenti Həmid Kərzai ötən axşam paytaxt Kabildə yerləşən və daha çox əcnəbilərin məskunlaşdığı "İntercontinental" otelinə hücumu pisləyib. Bu barədə Trend-ə Əfqanıstan Prezidenti Nümayəndəsinin Ofisindən məlumat verilib.
Əfqanıstan Prezidenti Kabildəki terror aktını pisləyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Əfqanıstan Prezidenti Həmid Kərzai ötən axşam paytaxt Kabildə yerləşən və daha çox əcnəbilərin məskunlaşdığı "İntercontinental" otelinə hücumu pisləyib. Bu barədə Trend-ə Əfqanıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Ötən axşam Əfqanıstanın paytaxtı Kabildə altı terrorçu əcnəbilər arasında məşhur olan "İntercontinental" otelinə hücum edib. Terrorçularla təhlükəsizlik qüvvələri arasında 5 saat atışma baş verib. Atışma nəticəsində terrorçuların altısı da öldürülüb, lakin təhlükəsizlik qüvvələri tərəfindən ölən və ya yaralananlar haqqında məlumat verilməyib. Hadisə nəticəsində 10 nəfər hoteldə çalışan işçinin də öldürüldüyü bildirilir.

Əfqanıstan Prezidenti hadisə zamanı ölkən şəxslərin ailələrinə baş sağlığı verib.

"İntercontinental" Kabilin qərbində yerləşir və Əfqanıstan paytaxtında əcnəbilərin qaldığı iki əsas oteldən biridir. Hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti