...

İran paytaxtında güclü külək 15 nəfərin xəsarət almasına səbəb olub

Dünya xəbərləri Materials 18 Aprel 2012 10:30 (UTC +04:00)
Ötən gün axşam saatlarında İranın paytaxtı Tehranda başlayan güclü külək və yağış nəticəsində 15 nəfər xəsarət alıb.
İran paytaxtında güclü külək 15 nəfərin xəsarət almasına səbəb olub

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir T.Cəfərov/

Ötən gün axşam saatlarında İranın paytaxtı Tehranda başlayan güclü külək və yağış nəticəsində 15 nəfər xəsarət alıb. Belə ki, güclü külək nəticəsində ağacların budaqlarının, evlərin şüşələrinin sınması əhalinin xəsarət almasına səbəb olub. Bunu Tehran şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Həsən Abbasi deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Abbasi xəsarət alanların bir neçəsinin vəziyyətinin ağır olduğunu, qalanlarının isə ilk tibbi yardımdan sonra evə buraxıldığını bildirib.

Ötən gün Tehranda güclü külək və yağış əhalinin gediş-gəlişində problemlər yaradıb. Küləyin sürəti saatda 90 kilometrə çatıb.
Sinoptiklər küləyin sürətinin daha da artacağını bildirirlər. Külək şəhərdə ağacların qırılmasına, aşmasına səbəb olub. Küləklə yanaşı, dolu və yağış intensivləşib.

Bazar günü də güclü dolu Tehranda əhali üçün problemlər yaratmışdı. Hava şəraiti uzunmüddətli tıxaclara səbəb olmuş və çayların daşması nəticəsində Tehran metrosunun 4-cü xəttində üç stansiyanı su basmışdı. Tehran Metro Təşkilatı yağış nəticəsində metroya böyük ziyan dəydiyini bildirib.

Məlumata əsasən, Tehran axırıncı dəfə 50 il əvvəl bazar günü yağan kimi yağış və doluya şahid olub.

Xəbər lenti

Xəbər lenti