...

Qərb dövlətləri İranın televiziya kanallarının yayımını kəsməklə ölkənin səsini boğmağa çalışır

Dünya xəbərləri Materials 16 Oktyabr 2012 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Cəfərov/

Qərb ölkələri İranın radio və televiziya kanallarının Hotbird peyki vasitəsilə yayım tezliyinin ləğv edilməsi ilə İslam Respublikasının səsini boğmağa çalışır, lakin onlar bu işlərlə tamaşaçıların sayını daha da artırıblar. Bu sözləri İranın Dövlət Radio və Televiziya Təşkilatının rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Möhsin Sərəfraz deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Fransanın Eutelsat peyk şirkəti bazar ertəsi İran İslam Respublikasının radio və televiziya kanallarının Hotbird peyki üzərindən yayım tezliklərini ləğv edib. Eutelsat bu qərarı Avropa İttifaqının İrana qarşı sanksiyaları ilə bağlı qəbul etdiyini açıqlayıb və İranın 19 kanalının bu peyk vasitəsilə yayımını dayandırıb. Yayımı dayandırılmış kanllar arasında Əl-Aləm, Presstv, Səhər 1 və Səhər 2, Əl-Kövsər, Jam-e jam 1 və Jam-e jam 2, İRİNN, Quran kanalı və digər bir neçə kanalı var.

Sərəfraz bildirib ki, İran kanalları Qərb ölkələrinin kanallarından fərqli məlumatlar ötürdüyü üçün onların yayımı dayandırılıb.

"Yaxın Şərqdə baş verən hadisələr, Avropa və ABŞ-da keçirilən etiraz aksiyalarında baş verən zorakılıqları yayımladığımız üçün bizim televiziyalarımızın yayımını dayandırırlar. Onlar bizim səsimizi belə rahatlıqla boğa bilməyəcəklər, biz internetdə, mobil telefonlarda və sosial şəbəkələrdə öz fəaliyyətlərimizi davam etdirəcəyik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti