...

İranda cinsi yolla QİÇS-ə yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2012 12:46 (UTC +04:00)
İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb. Ölkədə 24 minə yaxın QIÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır, lakin qeydiyyata düşməyənlərin sayı 70 min nəfərdən çoxdur.
İranda cinsi yolla QİÇS-ə yoluxanların sayı artıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb. Ölkədə 24 minə yaxın QIÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır, lakin qeydiyyata düşməyənlərin sayı 70 min nəfərdən çoxdur. Trend-in məluamtına görə, bu sözləri İranın Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə idarəsinin rəisi Abbas Sədaqət bu gün Tehranda Beynəlxalq QİÇS-lə Mübarizə Konqresində çıxışı zamanı deyib.

Sədaqət bildirib ki, cinsi yolla QİÇS-ə yoluxmanın səviyyəsi bundan öncə 7 faiz təşkil edirdisə, indi bu rəqəm 10 faizə qədər artıb.

İran KİV-inin məlumatına görə, ölkədə QİÇS-ə yoluxanların 69 faizi bu virusa narkotik maddələri iynə vasitəsilə qəbul etməklə yoluxublar.

Məlumata əsasən, QİÇS-ə yoluxanlar əsasən 25-34 yaşlı gənclərdir.

İranın AİDS-lə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 24 minə yaxını qeydiyyata alınıb.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə İİV-ə yoluxanların sayı kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti