...

Gürcüstanın yeni hökuməti iki nazirliyi ləğv edir

Dünya xəbərləri Materials 13 Noyabr 2012 14:04 (UTC +04:00)
Cari ildə Gürcüstanda hökumətin yenidən təşkili nəticəsində iki nazirlik ləğv ediləcək.
Gürcüstanın yeni hökuməti iki nazirliyi ləğv edir

Gürcüstan, Tbilisi, 13 noyabr / Trend, müxbir N.Kirsxaliya/

Cari ildə Gürcüstanda hökumətin yenidən təşkili nəticəsində iki nazirlik ləğv ediləcək.

Maliyyə naziri Nodar Xadurinin bəyanatına görə, ləğvetmə işədüzəltmə və infrastrukturlar nazirliklərinə şamil ediləcək. Birinci Səhiyyə Nazirliyi ilə birləşdiriləcək. İnfrastrukturlar Nazirliyinə gəldikdə isə onun səlahiyyətlərinin bir hissəsi İqtisadiyyat Nazirliyinə veriləcək, ikinci hissəsi isə Baş nazir aparatı yanında xidmət kimi fəaliyyət göstərəcək.

"Buna baxmayaraq, biz gələn il iri infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırırıq", - Xaduri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti