...

Suriya prezidenti ölkədəki vəziyyətlə əlaqədar müraciətlə çıxış edəcək

Dünya xəbərləri Materials 6 Yanvar 2013 02:43 (UTC +04:00)
Suriya prezidenti Bəşər Əsəd bazar günü ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciətlə çıxış edəcək.
Suriya prezidenti ölkədəki vəziyyətlə əlaqədar müraciətlə çıxış edəcək

Azərbaycan, Bakı, 6 yanvar /Trend /

Suriya prezidenti Bəşər Əsəd bazar günü ölkədəki vəziyyətlə əlaqədar xalqa müraciətlə çıxış edəcək.

Trend-in "İTAR-TASS" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bəşər Əsəd müraciətində ölkədəki və regiondakı vəziyyət barədə danışacaq. Suriya prezidentin çıxışının dəqiq vaxtı barədə məlumat verilmir.

BMT ötən həftə Suriyada qurbanların sayı barədə yeni hesabat təqdim edib.

Hesabata əsasən, 2011-ci ilin martın 30-dan 2012-ci ilin noyabrın 30-dək Suriyada 59 min 648 nəfər qətlə yetirilib. Ölkədə 5 milyondan çox insan təcili humanitar yardıma ehtiyacı var. Bundan əlavə, 540 mindən çox suriyalı qonşu Livanda, İordaniyada, Türkiyədə və Şimali Afrikada məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti