...

Gürcüstanın Baş naziri Yerevana gəlib

Dünya xəbərləri Materials 17 Yanvar 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Yerevana gedib. Trend-in məlumatına görə, bu barədə "7or.am" yazır.

"Zvartnots" aeroportunda nümayəndə heyətini Ermənistanın Baş naziri Tiqran Sarkisyan, XİN rəhbəri Edvard Nalbandyan, iqtisadiyyat naziri Tiqran Davtyan və başqa rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın hökumət nümayəndə heyətinin tərkibinə xarici işlər, maliyyə, iqtisadiyyat, energetika, cəzaların icrası və reinteqrasiya məsələri nazirləri daxildirlər.

Səfər çərçivəsində Ermənistan və Gürcüstanın Baş nazirlərinin görüşü, daha sonra isə iki ölkənin hökumət nümayəndələrinin geniş görüşü keçiriləcək.

Bundan əlavə, Gürcüstanın Baş nazirinin Ermənistan Prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılıb.

Səfər başa çatdıqdan sonra Gürcüstan Nazirlər Kabinetinin rəhbərinin şərəfinə rəsmi şam ziyafət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti