...

Argentinalı Xorxe Mario Berqolyo Roma Papası seçilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 13 Mart 2013 23:22 (UTC +04:00)
Konklav yeni Roma Papasını seçib.
Argentinalı Xorxe Mario Berqolyo Roma Papası seçilib (ƏLAVƏ OLUNUB)

Yeni Papanın adı əlavə olunub (ilk xəbər 22:19-da yayılıb)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Argentinalı Xorxe Mario Berqolyo yeni Roma Papası seçilib. Bu barədə Roma-katolik kilsəsinin kardinal-protodiakonu Jan Lui Toran latın dilində "Habemus papam", yəni "bizim Papamız var" deyərək bildirib.

Yeni Papa özünə Birinci Fransisk adı seçib.

Konklav yeni Roma Papasını seçib. Bu barədə Sikstin kapellasının borusundan çıxan ağ tüstü xəbər verir.

115 kardinal dördüncü səsvermədə artıq növbəti Roma Papasını seçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti