...

Ermənistan Avropa İttifaqı ilə gömrük rüsumlarının sıfırlanmasını təxirə salmaq istəyir

Dünya xəbərləri Materials 17 Aprel 2013 10:34 (UTC +04:00)
Ermənistan Avropa İttifaqı (Aİ) ilə bir sıra Avropa məhsulları üçün gömrük rüsumlarının sıfırlanmasının 3 ildən 7 ilədək, bəzi kənd təsərüffatı məhsulları üçün isə daha artıq müddətə təxirə salınmasını istəyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ermənistanın iqtisadiyyat nazirinin müavini Qaregin Melkonyanın çıxışına istinadən "Armenian report" xəbər yayıb.
Ermənistan Avropa İttifaqı ilə gömrük rüsumlarının sıfırlanmasını təxirə salmaq istəyir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ermənistan Avropa İttifaqı (Aİ) ilə bir sıra Avropa məhsulları üçün gömrük rüsumlarının sıfırlanmasının 3 ildən 7 ilədək, bəzi kənd təsərüffatı məhsulları üçün isə daha artıq müddətə təxirə salınmasını istəyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ermənistanın iqtisadiyyat nazirinin müavini Qaregin Melkonyanın çıxışına istinadən "Armenian report" xəbər yayıb.

"Hədəf dəqiqdir. Bu illər ərzində istehsal gücünün artırılması imkanlarını təmin edə bilməyimiz üçün yerli istehsalçıların maraqlarının müdafiəsi baxımından keçid çox sürətli olmalıdır", - bu barədə nazir müavini Yerevanda Ermənistan və Aİ arasında "Dərin və hərtərəfli azad ticarət zonası haqqında" saziş üzrə keçirilən danışıqların beşinci raundununun açılışından əvvəl jurnalistlərə bildirib.

Melkonyanın sözlərinə görə, danışıqlarda müzakirə olunan malların kiçik siyahısına kənd təsərrüfatı, qida emalı malları, həmçinin, Ermənistanda istehsal olunan və istehsal potensialına malik sənaye məhsulları daxildir.

Nazir müavini, həmçinin qeyd edib ki, ƏDV "Dərin və hərtərəfli azad ticarət zonası haqqında" sazişin paketinə daxil deyil, ona görə də Ermənistan və Aİ tərəfindən əvvəlki kimi yığılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti