...

İranın Buşəhr əyalətində yenidən zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 May 2013 03:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu çərşənbə günü İranın Buşəhr əyalətinin Kaki şəhərində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla 21:01-də qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti