Azərbaycan, Bakı, 15 may /Trend/
An-2 təyyarəsi Rusiyanın Stavropol vilayətində qəzaya uğrayıb. İlkin məlumatlara görə, bir nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "RİA Novosti" agentliyinə telefon vasitəsilə regionun hüquq-mühafizə orqanlarındakı olan mənbə bildirib.
Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfərin olduğu ehtimal olunur. "Onlardan biri ölüb, ikincinin taleyi barədə isə məlumat yoxdur".
Onun sözlərinə görə, An-2 sahələrin tozlanması ilə məşğul olub və Novoselsk rayonunun Çernoselsk yaşayış məntəqəsi ərazisində qəzaya uğrayıb.